13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb - Foto
Tarix: 08-12-2022 16:20 | Bölmə: Cəmiyyət
Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəisi Firuddin Əliyev Reyting.az-a bildirib ki, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Onun sözlərinə görə, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanıb. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər