13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Parlament “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunu qəbul edib
Tarix: 09-12-2022 12:22 | Bölmə: Cəmiyyət
Parlament “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunu qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Reyting.az
xəbər verir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O qeyd edib ki, layihə 8 fəsil, 40 maddədən ibarətdir.

Bildirilib ki, “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək.

Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:

- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;

- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;

- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;

- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;

- Azərbaycan Respublikasının ərazisi va ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;

- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.

Eyni zamanda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan va ya ona dəyişiklik edildikdən sonra 7 iş günü müddətində səlahiyyətli orqana təqdim edəcək. Bundan başqa, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər