09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Qarabağ qazilərinin layihəsi başlayıb - Hüququ Yardım Mərkəzi yaradılıb
Tarix: 30-09-2022 18:04 | Bölmə: Cəmiyyət
Qarabağ qazilərinin layihəsi başlayıb - Hüququ Yardım Mərkəzi yaradılıb

“Qarabağ qaziləri” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinin, Qarabağ əlillərinin problemlərinin həllinə dəstək üçün “Hüquqi Yardım Mərkəzi”nin yaradılması layihəsinin icrasına başlayıb.

Reyting.az
QAZİLER.AZ saytına istinadla xəbər verir ki, bu barədə "Qarabağ qaziləri” ictimai birliyinin sədri, sözügedən layihənin rəhbəri Asəf Əliyev xəbər verib.

Onun sözlərinə görə, sentyabrın 1-dən başlayan layihə 3 ay davam edəcək. Layihənin əsas məqsədi qanunla müharibə insanlarına şamil edilmiş güzəştlər, imtiyazlarla bağlı və digər problemlərinin həllində onlara dəstək olmaqdır:

“Bu məqsədlə layihə çərçivəsində “Hüquqi Yardım Mərkəzi” yaradılacaq. Yazılı və şifahi müraciətləri qəbul edib problemlərin həllinə çalışacağıq.

Bildiyiniz kimi, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə müəyyən güzəştlər şamil edilib, onlara sosial dəstək verilir. Amma bir çox şəhid ailəsi və qazi bunlardan tam məlumatlı olmur. Yaxud bu imtayazlardan, dövlətin verdiyi sosial dəstəkdən istifadə edə bilmir. Məqsədimiz onların qanuni yollarla bunları əldə etmələrinə dəstək verməkdir”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər