13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Gəncədə kütləvi dava: iki nəfər öldürülüb, yaralı var - (Yenilənib+)
Tarix: 11-12-2022 21:05 | Bölmə: Cəmiyyət
Gəncədə kütləvi dava: iki nəfər öldürülüb, yaralı var - (Yenilənib+)

Gəncədə kütləvi dava olub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

Dava zamanı bir nəfər güllənərək öldürülüb, iki nəfər bıçaqlanıb.

Bıçaqlanan şəxslər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Son məlumata görə, kütləvi davada qətlə yetirilən şəxs "Vinçester" markalı tüfənglə güllələnib.

***

Gəncədə kütləvi dava zamanı ölən və xəsarət alanların adları məlum olub.


APA xəbər verir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov qətlə yetirilib.

1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarət alıblar.

Davaya səbəb kimi pul mübahisəsi göstərilir.

***

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili Ìşlər Nazirliyi Gəncədəki qətllə bağlı birgə məlumat yayıb.

Reyting.az
-ın xəbərinə görə, birgə məlumatda bildirilir ki, dekabrın 11-i saat saat 20 radələrində Gəncə şəhərində 1980-ci il təvəllüdlü Əli Bayramovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla 4 nəfər arasında baş vermiş mübahisə zamanı Əli Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxanın tanışları - 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı - 1986-cı il təvəllüdlü Kamal Bayramova bıçaq xəsarətləri yetirməsinə, K. Bayramovun isə buna cavab olaraq odlu silahdan atəş açaraq Əli Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Niyazi və Kamal xəstəxanaya yerləşdirilib, stasionar şəkildə müalicəsi davam etdirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

***

Gəncə şəhərindəki kütləvi dava zamanı bıçaqlanmış Niyazi Bayramov vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən bildirib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, dünən Gəncədə qohumlar arasında pul üstündə dava zamanı bir nəfər - Əli Bayramov odlu silahdan açılan atəşlə qətlə yetirilmiş, daha iki nəfər - Kamal Bayramov və Niyazi Bayramov bıçaq xəsarətləri almışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər