Kürdəmir xəstəxanasında qadın əməliyyatdan sonra vəfat edib
Tarix: 12-12-2022 09:36 | Bölmə: Cəmiyyət
Kürdəmir xəstəxanasında qadın əməliyyatdan sonra vəfat edib

Kürdəmirdə qadın xəstəxanada əməliyyatdan sonra vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma davam edir.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq