Hacıqabulda itkin düşən biznesmenin meyiti tapılıb
Tarix: 12-12-2022 18:02 | Bölmə: Cəmiyyət
Hacıqabulda itkin düşən biznesmenin meyiti tapılıb

Hacıqabul rayonunda bir neçə gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, dekabrın 8-i axşam saatlarında rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Fərhad oğlu Məmiyev itkin düşüb. Hacıqabul şəhərində yaşadığı mənzili tərk edən 36 yaşlı iş adamı bir daha geri qayıtmayıb.

Dekabrın 11-i günorta saatlarında Z.Məmiyevin meyiti sahibi olduğu və Ağacanlı kəndində yerləşən fermanın ərazisində asılmış vəziyyətdə aşkar edilib.

Onun özünü asaraq intihar etdiyi bildirilib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}