13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
"Türkiyədə 15 manata olan dərman bizdə niyə 78 manatdır?" - Deputatlar etiraz edir
Tarix: 13-12-2022 12:38 | Bölmə: Cəmiyyət
"Türkiyədə 15 manata olan dərman bizdə niyə 78 manatdır?" - Deputatlar etiraz edir

"İnsanlar indi müxətlif xəstəlikdən əziyyət çəkir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bugünkü iclasda deyib.

O bildirib ki, şair Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır: "Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır".

Deputat Ziyad Səmədzadə isə deyib ki, adambaşına düşən dərman xərclərinə görə Azərbaycan MDB ölkələrindən fərqlənir: “Xüsusilə şəkər xəstəlikləri üzrə dərmanı qeyd etmək istəyirəm. Türkiyədə bu dərmanı 15 manata alırlar, burada isə qiyməti 78 manatadır. Dərman məsələsi təkcə Dövlət Gömrük Komitəsinin işi deyil, eyni dərmanı gətirən şirkətlərin fəaliyyəti ilə bağlıdır”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər