Salyan sakinini ölümlə hədələyən şəxs tutulub
Tarix: 13-12-2022 12:56 | Bölmə: Cəmiyyət
Salyan sakinini ölümlə hədələyən şəxs tutulub

Salyan sakinini ölümlə hədələyən şəxs tutulub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, rayonun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Məzahir Bədəlov müəyyən olunaraq saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}