Bakı-Quba yolunda qəzaya düşən müəllimlərdən biri ölüb
Tarix: 13-12-2022 13:25 | Bölmə: Cəmiyyət
Bakı-Quba yolunda qəzaya düşən müəllimlərdən biri ölüb

"Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər".

Reyting.az
xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov açıqlama verib.

Onun sözərinə görə, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: "Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar. Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi adından dünyasını dəyişmiş müəllimimizə Allahdan rəhmət, yaxınlarına səbr, xəsarət alan müəllimlərimizə isə şəfa diləyirik!"




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}