Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirilib
Tarix: 13-12-2022 16:28 | Bölmə: Cəmiyyət
Hərbi attaşelərlə 2022-ci ilin yekununa dair toplantı keçirilib

Dekabrın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə 2022-ci ilin yekununa dair toplantı keçirilib.

Reyting.az
xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını toplantı iştirakçılarına çatdıran Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara cari il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlər, eləcə də 2023-cü il üçün planlaşdırılan fəaliyyətlərlə bağlı məlumat verib.

Qonaqlar həmçinin işğaldan azad olunan ərazilərdə görülən işlər barədə məlumatlandırılıb.

Sonda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}