13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Sabiq icra başçısının maralları qoruğa köçürülüb
Tarix: 14-12-2022 11:35 | Bölmə: Cəmiyyət
Sabiq icra başçısının maralları qoruğa köçürülüb

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs olunduqdan sonra onun maral fermasının olması ortaya çıxmışdı.

Məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən fermada saxlanılan marallar sabiq icra başçısının həbsindən sonra “Altıağac” Milli Parkına aparılıb.

Mənbənin sözlərinə görə, əvvəl 30 baş olan maralların 7-si bala verib. Maralların sayı 37-ə çatıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər