Laçın yolundakı aksiyaçı: “Dinc ermənilərin keçidinə şərait yaratmağa hazırıq"
Tarix: 14-12-2022 12:54 | Bölmə: Cəmiyyət
Laçın yolundakı aksiyaçı: “Dinc ermənilərin keçidinə şərait yaratmağa hazırıq"

“Dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırıq”.

Reyting.a
z xəbər verir ki, bunu Şuşa-Laşın yolunda aksiyada iştirak edən ekofəal Nəzrin Əzizli deyib.

Onun sözlərinə görə, artıq aksiya iştirakçılarının əlaqə nömrələri internetdə yerləşdirilib: "Kiminsə ağır xəstəsi varsa, təcili yardımla bağlı problemi varsa, müraciət edə bilər. Ancaq neçə gündür ki, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, müraciət edən olmayıb".

Xatırladaq ki, artıq ABŞ və Fransadan Laçın yolunda hərəkətin bərpa olunması barədə Azərbaycana çağırışlar edilib.

Rəsmi Bakı isə yolu azərbaycanlı aksiyaçılar deyil, Rusiya sülhməramlılarının bağladığlnı bəyan edib.

Bunu dünənPrezidentin köməkçisi Hikmət Hacıyev də diploamtlarla görüşdə səsləndirib.

Həqiqətən də rus sülhməramlıları əraziyə konteynr və hərbi maşınlar, həmçinin əlavə canlı üvvə yeridərək, yolu tam qapadıb.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}