Bakı-Quba yolunda yaralanan müəllimlər evə buraxılıb
Tarix: 14-12-2022 17:35 | Bölmə: Cəmiyyət
Bakı-Quba yolunda yaralanan müəllimlər evə buraxılıb

Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan 3 nəfər (hər biri qadın olmaqla) ambulator müalicə üçün evə buraxılıb.

Reyting.az
TƏBİB-ə istinadla xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunan 1 nəfər (kişi olmaqla) isə ötən gün əməliyyat olunub, hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsinə davam edilir, vəziyyəti stabildir.

Xatırladaq ki, yol qəzası dünən səhər saatlarında baş verib. Qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}