Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 7 nəfər ölüb
Tarix: 15-12-2022 15:24 | Bölmə: Cəmiyyət
Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, 7 nəfər ölüb

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən "Mercedes-Vita" markalı mikroavtobusla TIR toqquşub.

Mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

***

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxs ölüb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, hadisə zamanı xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Bununla da ölənlərin sayı 7-yə çatıb.

***

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Məlumata gorə, qəzada ölən 6 nəfər aşağıdakılardır:

1. 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu

3. Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu

5. Yardımlı rayon sakini 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)

6. 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev.

Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}