Yevlaxda azyaşlını döyən polis işdən çıxarılıb
Tarix: 15-12-2022 12:25 | Bölmə: Cəmiyyət
Yevlaxda azyaşlını döyən polis işdən çıxarılıb

Yevlaxda azyaşlını döyən polis işdən çıxarılıb.

Reyting.az
Baş Prokurorluğa istinadla bildirir ki, 2013-cü il təvəllüdlü Tunar Kamranlının Vüsal Hüseynov tərəfindən döyülməsi ilə bağlı müraciət üzrə Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma zamanı hadisə yerinə baxış keçirilib, videomüşahidə kameralarından görüntülər əldə edilib, Tunar Kamranlı və digər şəxslərin izahatları alınıb, məhkəmə tibbi ekspertizası təyin edilərək rəyi əldə olunub.

Baş Prokurorluğun təqdimatı əsasında daxili işlər nazirinin müvafiq əmri ilə Vüsal Hüseynov tutduğu vəzifədən azad edilib, həmçinin, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinə əsasən inzibati icraat açılaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}