Jurnalistlər Kəlbəcərdə mina partlayışları olan əraziyə gediblər
Tarix: 15-12-2022 15:34 | Bölmə: Cəmiyyət
Jurnalistlər Kəlbəcərdə mina partlayışları olan əraziyə gediblər

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri Kəlbəcər rayonuna - dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə gəliblər.

Məlumata görə, ərazidə jurnalistlərin müşahidəsi altında Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, jurnalistlərin Kəlbəcərə səfərinin məqsədi erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır/Report.

Xatırladaq ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə şəhid olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}