Azərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib
Tarix: 15-12-2022 20:13 | Bölmə: Cəmiyyət
Azərbaycan UNESCO Komitəsinin sədr müavini vəzifəsinə seçilib

15 dekabr 2022-ci il tarixində UNESCO-nun Baş qərargahında UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 17-ci Sessiyası öz işinə başlayıb.

Azərbaycan sessiyada ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərliyi səviyyəsində təmsil olunur.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən APA-ya bildirilib ki, sessiyanın açılış günündə Komitənin bürosunun formalaşdırılması məsələsi müzakirə edilib. Yekdilliklə qəbul edilmiş qərara əsasən, Azərbaycan Komitənin sədr müavini vəzifəsinə seçilib.

2 gün davam edəcək Sessiya zamanı Katibliyin mədəni irsin qorunması istiqamətində gördüyü işlərin hesabatı dinləniləcək, 1954-cü il Haaqa Konvensiyası və onun 2 Protokolunun UNESCO-nun digər Konvensiyaları ilə sinerjisi, Konvensiyanın həyata keçirilməsi ilə bağlı resursların səfərbər edilməsi və digər bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}