Bakıda bərbərxanada 28 yaşlı kişi öldürülüb
Tarix: 16-12-2022 15:00 | Bölmə: Cəmiyyət
Bakıda bərbərxanada 28 yaşlı kişi öldürülüb

Bakıda bərbərxanada 28 yaşlı şəxs öldürülüb.

Reyting.az
xəbər verir ki, dekabrın 16-da saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1994-cü il təvəllüdlü İlkin Qurbanlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanlını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İsmət Qədirov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}