Sabahın hava proqnozu açıqlanıb
Tarix: 17-12-2022 13:11 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında dekabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Reyting.az
xəbər verir ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}