Sumqayıtda 33 yaşlı kişi öldürülüb
Tarix: 17-12-2022 15:16 | Bölmə: Cəmiyyət
Sumqayıtda 33 yaşlı kişi öldürülüb

Sumqayıtda qətl törədən şəxs axtarılır.

Reyting.az
xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hazırda iş üzrə istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq