13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Şəmkirdə əməliyyat: qadın 452 min manatlıq mənimsəmədə ittiham olunur
Tarix: 19-12-2022 11:38 | Bölmə: Cəmiyyət
Şəmkirdə əməliyyat: qadın 452 min manatlıq mənimsəmədə ittiham olunur

Şəmkirdə mağazada baş vermiş mənimsəmə faktı ilə bağlı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır.

İstintaqla həmin mağazada kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.

Dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər