13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Azərbaycanda yayılan nədir: Qrip, yoxsa koronavirusun yeni ştamı?
Tarix: 19-12-2022 11:53 | Bölmə: Cəmiyyət
Azərbaycanda yayılan nədir: Qrip, yoxsa koronavirusun yeni ştamı?

Son günlər koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Son günlər yoluxma sayı yüzə yaxınlaşır.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda ölkədə 493 aktiv xəstə sayı var.

Koronavirusla yanaşı, hazırda insanlar arasında mövsümi xəstəliklər, qrip virusu yayılıb. Tibb mütəxəssisləri hazırda mövsümlə əlaqədar insanlar arasında kəskin respirator virus infeksiyalarının yayıldığını qeyd etsələr də, bunun qrip virusu olmadığını bildirirlər.

Bəs insanlar arasında yayılan, yüksək temperaturla, zəiflik, boğaz və əzələ ağrısı ilə müşayiət olunan xəstəlik nədir? Həmin xəstəliyin koronavirusun yeni ştamı olma ehtimalı nə qədərdir?

Reyting.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan terapevt Rasif Bağırov deyib ki, hazırda həmin xəstələrin əksəriyyətində koronavirus aşkarlanır:

“Koronavirus infeksiyası yoxlamalar zamanı aşkar olunur. İnsanlar arasında son zamanlar yayılan xəstəlik koronavirusdur. Çünki koronavirusun yoxlama prosesi yalnız koronavirusu göstərir, təyin edir. Düzdür, hazırkı virus əvvəl olduğu kimi ağır formada keçmir, çox yüngül formada keçir. Bəzən xəstələr müalicə olunmurlar, belə olduqda virus bir aya qədər, bəlkə də bir aydan da çox insandan əl çəkmir. Axırda xəstəni həkimə müraciət etməyə məcbur edir. Yəni bu dərəcədə xəstədən əl çəkməyən formada insanı yoluxdurur. Hazırda xəstələr analiz verəndə bir neçəsində koronavirus testi pozitiv çıxır. Amma əlamətlər ümumilikdə digər viruslarla oxşardır. Kimlər ki, yoxlanmır, onların da bəzilərində koronavirus əlamətləri görünür”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər