13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
DİN-nin Biləsuvar mühafizə bölməsi rəisinin anası faciəli şəkildə həlak olub
Tarix: 20-12-2022 18:22 | Bölmə: Cəmiyyət
DİN-nin Biləsuvar mühafizə bölməsi rəisinin anası faciəli şəkildə həlak olub

Biləsuvarda yanğın zamanı ölən qadın vəzifəli şəxsin anası imiş.

Məlumata görə, hadisə nəticəsində 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.

Məlumata görə, o, DİN-nin Biləsuvar mühafizə bölməsinin rəisi Arif Məmmədovun anasıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, 79 yaşlı qadın faciəvi şəkildə ölüb.

Hadisə şəhərin S.Rufullayev küçəsində R.Əhədova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər