AZAL Bakı-Naxçıvan-Bakı marşrutunun sərnişinlərinə müraciət edib
Tarix: 20-12-2022 19:37 | Bölmə: Cəmiyyət
AZAL Bakı-Naxçıvan-Bakı marşrutunun sərnişinlərinə müraciət edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 251/253, 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, Bakıdan Naxçıvana bütün uçuşlar saat 21:10 və 23:30-da həyata keçiriləcək.

Qeyd olunub ki, Naxçıvandan Bakıya uçuşlar saat 23:30 və 01:50-də (21 dekabr) yerinə yetiriləcək:

“Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur.

AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək”.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}