16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Ağdamda arvadını öldürən ər saxlanılıb
Tarix: 21-12-2022 10:01 | Bölmə: Cəmiyyət
Ağdamda arvadını öldürən ər saxlanılıb

Ağdamda arvadını öldürən ər saxlanılıb.

Reyting.az
xəbər evrir ki, bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dekkabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq