13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət veriləcək
Tarix: 21-12-2022 15:14 | Bölmə: Cəmiyyət
Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət veriləcək

Dövlət Qulluğunu İdarəetmə Şurasına yeni səlahiyyət verilir.

Reyting.az
 xəbər verir ki, bununla bağlı "Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsəsnamə"yə dəyişiklik təklif edilir.

Dəyişikliklə Şuranın səlahiyyətləri artırılır. Əlavə olunan yeni maddəyə əsasən, Dövlət Qulluğunu İdarəetmə Şurası "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq dövlət qulluqçularının qulluq stajının hesablanması, onlara ixtisas dərəcələrinin verilməsi, habelə xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq uyğunlaşdırılması ilə əlaqədar yaranmış mübahisələrə dair dövlət qulluqçuları və ya dövlət orqanlarının, habelə dövlət qulluğuna xitam verilmiş şəxslərin müraciətlərinə baxacaq.

Bundan başqa, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanuna da dəyişiklik olunacaq.

Qanuna əlavə edilmiş yeni maddəyə əsasən, etik müvəkkil aşağıdakı fəaliyyətləri yerinə yetirəcək:

- Bu qanunla müəyyən edilmiş etik davranış qaydalanına əməl olunması vəziyyətini öyrənir, etik davranış qaydalanının pozulmasına şərait yaradan halları təhlil edir və onların aradan qaldırılması ilə bağlı dövlət orqanının rəhbərinə təkliflər və tövsiyələr verir;

- Dövlət qulluqçularından və digər şəxslərdən etik davranış qaydalarının pozulması ilə bağlı daxil olan müraciətlərə baxır,

- Daxil olan müraciətlərdən irəli gələn məsələlərin həlli üzrə dövlət orqanının rəhbərinə təkliflər, tövsiyələr və təqdimatlar verir,

- Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbirlər görür, o cümlədən etik davranış qaydalarının tətbiqi ilə bağlı təlim proqramlanını hazırlayır və təlimlərin təşkilində iştirak edir,

- Etik davranış qaydalanının pozulmasının qarşısının alınması profilaktik tədbirlər görür, etik davranış qaydalarının pozulması faktları üzrə dövlət orqanının rəhbərinə məlumat verir;

- Dövlət qulluqçulanının etik davranış qaydaları ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər verir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər