13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ölkə ərazisindəki çaylarda su artıb
Tarix: 22-12-2022 09:47 | Bölmə: Cəmiyyət
Ölkə ərazisindəki çaylarda su artıb

Ötən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə ərazisindəki çaylarda suyun bir qədər artdığı müşahidə olunur.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

R. Verdiyev deyib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə su ötən illə müqayisədə 30 faiz çoxdur.

Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda suyun artırıb, bu da son illər suyu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər