13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
İrandan Azərbaycana gətirilən məhsulda virus aşkarlanıb
Tarix: 22-12-2022 10:39 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana gətirilən məhsulda virus aşkarlanıb

İrandan Azərbaycana gətirilən bibər məhsulunda karantin tətbiq edilən orqanizm aşkar edilib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Məlumata görə, nəzarət tədbirləri çərçivəsində İrandan hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibər məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” - pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkarlanıb.

Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulunun məhvi barədə qərar qəbul edilib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər