13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Keçmiş icra başçısının məhkəməsi təxirə salınıb
Tarix: 22-12-2022 17:49 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısının məhkəməsi təxirə salınıb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi planlaşdırılan Şəmkir rayonunun keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Reyting.az
xəbər verir ki, buna səbəb hakim Nural Əliyevin sədrliyi ilə keçirilməsi nəzərdə tutulan məhkəmə hakimlərinin işlərinin çoxluğudur.

Məhkəmənin növbəti iclasının dekabrın 29-da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, A. Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.(Report)




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər