Laçın yolunda sülhməramlıların 11 avtomobili hər iki istiqamətə maneəsiz hərəkət edib - Fotolar
Tarix: 23-12-2022 12:20 | Bölmə: Cəmiyyət
Laçın yolunda sülhməramlıların 11 avtomobili hər iki istiqamətə maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Reyting.az
xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda aksiya davam edir/Report.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}