Dövlət qulluğu ilə bağlı imtahan proqramı dəyişdirilib
Tarix: 26-12-2022 14:38 | Bölmə: Cəmiyyət
Dövlət qulluğu ilə bağlı imtahan proqramı dəyişdirilib

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu ilə bağlı test imtahanlarının proqramında dəyişiklik edib.

Reyting.az
xəbər verir ki, dövlət qulluğuna qəbul məqsədilə gələn ildən etibarən keçiriləcək test imtahanlarının İnformasiya texnologiyaları üzrə proqramında müəyyən dəyişiklik edilib.

Belə ki, Microsoft Office paketinin "Office 2010" versiyası "Office 2019" versiyası ilə əvəzlənib.

Namizədlərə elmi-metodik kömək məqsədi ilə yaxın vaxtlarda DİM-in çap etdiyi “İnformatika” vəsaitinin yenilənmiş nəşrinə "Office 2019" versiyasına aid müvafiq mövzular daxil edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}