Ağdama qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub
Tarix: 27-12-2022 10:44 | Bölmə: Cəmiyyət
Ağdama qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub

İşğaldan azad edilmiş Ağdam rayonu ərazisinə qanunsuz keçmək istəyən 5 nəfər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildiriblər.

Məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov istifadələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar. Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Qərara əsasən, Xəyal və Elvin Hüseynov qardaşları analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}