13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Rasim Məmmədova 14 il həbs cəzası verilib
Tarix: 28-12-2022 15:42 | Bölmə: Cəmiyyət
Rasim Məmmədova 14 il həbs cəzası verilib

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədova hökm oxunub.

Reyting.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova - Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ona 14 il müddətinə azadlıqdan məhrum cəzası kəsilib.

Xatırladaq ki, Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.

İttiham aktın əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər