Bakı Oksford Məktəbi müsadirə olunub
Tarix: 28-12-2022 15:58 | Bölmə: Cəmiyyət
Bakı Oksford Məktəbi müsadirə olunub
Bakı Oksford Məktəbi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş bir sıra əmlaklar müsadirə olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Həmin əmlaklara Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi, Sumqayıt şəhərində yerləşən bir şirkət, bir neçə fərdi yaşayış və bağ evləri daxildir.

Qeyd edək ki, Rasim Məmmədov külli miqdarda mənimsəmə israfetmə , yalan sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat təşkil edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}