13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Parlament "Hədəfli maliyyə sanksiyaları haqqında" qanun layihəsinə "hə" deyib
Tarix: 30-12-2022 13:07 | Bölmə: Cəmiyyət
Parlament "Hədəfli maliyyə sanksiyaları haqqında" qanun layihəsinə "hə" deyib

Azərbaycanda terrorçuluğun, bunun maliyyələşdirilməsinin və kütləvi qırğın silahlarının yayılmasının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyaları tətbiqinin hüquqi əsasları və qaydası müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu, Mili Məclisin sonuncu oxunuşda qəbul etdiyi “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsində yer alıb.

Layihədə qeyd olunub ki, sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar - terrorçuluğa va terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına va yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlardır.

Hədəfli maliyyə sanksiyaları sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağalar və ya həmin fiziki şəxslərin və qurumlanın aktivlərinin dondurulması tədbirləridir.

Kütləvi qırğın silahlarının yayılmasının malliyyələşdirilməsi - nüvə, kimyəvi, bakterioloji (bioloji) va toksin silahların, eləcə də onların daşıyıcı vasitələrinin (müxtəlif manzilli ballistik va qanadlı raket başlıqları, uzaqdan idarəolunan döyüş sistemləri) və əlaqəli materiallann (qeyri-qanuni məqsədlər üçün istifadə olunan texnologiyalar və ikili təyinatlı mallar da daxil olmaqla) Azərbaycan qanunvericiliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olaraq istehsalı, elde edilməsi, inkişaf etdirilməsi və təkmilləşdirilməsi, idxalı, ixracı, tranzit daşınması, ötürülməsi, toplanması və ya istifadəsi, eləcə də bu silahlara sahiblik və ya onların beynəlxalq daşınmasında vasitəçilik (broker) fəaliyyətləri məqsədilə bütövlükdə və ya qismən istifadə olunan aktivlərin toplanılması və ya verilməsi, habelə maliyyə xidmətlərinin təmin edilməsidir.

Milli Məclis “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsini sonuncu - III oxunuşda qəbul edib.

Qanunun 2023-cü il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər