AzTU-ya prorektor təyin olunub - Fotolar
Tarix: 30-12-2022 17:13 | Bölmə: Cəmiyyət
AzTU-ya prorektor təyin olunub

Nərmin Rzayeva Azərbaycan Texniki Universitetinin (AzTU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru təyin olunub.

Reyting.az
xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.

AzTU-nun rektoru Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Bildirib ki, Nərmin Rzayeva müxtəlif ali məktəblərdə bir sıra vəzifələrdə çalışıb. Onun həm tədris, həm də ictimaiyyətlə əlaqələr sahəsində kifayət qədər təcrübəsi var. Bundan əlavə, Nərmin Rzayeva Niderlandın Leiden Universitetində elmmetriya ixtisası üzrə təhsil alıb. O, həmçinin texnika üzrə fəlsəfə doktorudur.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}