13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Bələdiyyə sədrinə cinayət işi açılıb
Tarix: 30-12-2022 18:03 | Bölmə: Cəmiyyət
Bələdiyyə sədrinə cinayət işi açılıb

Zərdab rayon Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

Zərdab rayon prokurorluğundan bildiriblər ki, istintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə E. Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər