13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Əvəz Zeynallı yenə şikayət edib
Tarix: 05-01-2023 10:47 | Bölmə: Cəmiyyət
Əvəz Zeynallı yenə şikayət edib

Yanvarın 5-də Bakı Apelyasiya Məhkəməsində "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı məlumat yayıb.

O bildirib ki, işə hakim Habil Məmmədovun sədrliyilə baxılacaq.

Məlahət Zeynallı bütün media nümayəndələri və hüquq müdafiəçilərini məhkəməyə çağırıb.

Dekabrın 29-da jurnalist Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, vəkil Elçin Sadıqov və "Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər