18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Hərbi məhkəməyə müvəqqəti sədr təyin edilib
Tarix: 05-01-2023 13:29 | Bölmə: Cəmiyyət
Hərbi məhkəməyə müvəqqəti sədr təyin edilib
Zeynal Ağayev

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

Reyting.az
-ın məlumatına görə, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 16 il (2007-2022) sədri olmuş Həbib Həsənov prezident İlham Əliyevin Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin sədri təyin olunub.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}