18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Bakıda qətl: şübhəli şəxs qismində ailə üzvü tutulub
Tarix: 06-01-2023 09:01 | Bölmə: Cəmiyyət
Bakıda qətl: şübhəli şəxs qismində ailə üzvü tutulub

Yanvarın 6-da saat 04 radələrində Bakının Xətai rayonunda 1966-cı il təvəllüdlü Rəhimə Həşimovanın bıçaqlanaraq öldürülməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, polis əməkdaşları Rəhimə Həşimovanın cinayəti törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1961-ci il təvəllüdlü İlham Həşimovu saxlayaraq istintaqa təhvil veriblər.

Xətai Rayon Prokurorluğundan isə bildiriblər ki, aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1961-ci il təvəllüdlü İlham Həşimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Rəhimə Həşimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İlham Həşimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}