18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Zəhərlənmə şübhəsi ilə xəstəxanaya 180 müraciət daxil olub
Tarix: 06-01-2023 09:46 | Bölmə: Cəmiyyət
Zəhərlənmə şübhəsi ilə xəstəxanaya 180 müraciət daxil olub

Bayram günlərində (31 dekabr 2022-ci ildən 5 yanvar 2023-cü ilədək) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

Reyting.az
-ın məlumatına görə, TƏBİB-dən bildirilər ki, müraciət edənlərdən 21 nəfərin (15-i qadın, 6-sı kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, 2-si allergiyadan, 1-i isə botulizm səbəbilə zəhərlənib.

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin müalicəsinə davam edilir, bunlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}