18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Samuxda silahlı şəxslər saxlanılıb - Fotolar
Tarix: 06-01-2023 10:27 | Bölmə: Cəmiyyət
Samuxda silahlı şəxslər saxlanılıb

Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Ruzigar Abdullayev rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” markalı tapança, həmin silaha aid 4 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqca aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlmaqda şübhəli bilinən Omran Kulaib və Elşad İsrafilov saxlanılıb. Saxlanılan şəxslərin üzərlərindən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}