Kürdəmirdə 28 yaşlı qadın öldürülüb - Yenilənib
Tarix: 06-01-2023 17:44 | Bölmə: Cəmiyyət
Kürdəmirdə 28 yaşlı qadın öldürülüb

Yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Yanvarın 6-sı saat 13 radələrində Kürdəmir rayonu ərazisində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırma zamanı zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Pərviz Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Könül Qurbanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Pərviz Qurbanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Reytnig.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}