Ağır qəzada həlak olan polis Şahin Mustafayevin yaxını imiş
Tarix: 06-01-2023 14:55 | Bölmə: Cəmiyyət
Ağır qəzada həlak olan polis Şahin Mustafayevin yaxını imiş

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı-Qazax-Gürcüstan avtomagistralının 454-cü kilometrliyində baş verən ağır qəzada 1988-ci il təvəllüdlü, Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantı Aqil Alıyev vəfat edib.

Məlumata görə, ağır qəzada vəfat edən polis leytenantı Aqil Alıyev Baş nazirin müavini Şahin Mustafayevin yaxın qohumudur. Belə ki, A.Alıyev Şahin Mustafayevin oğlu ilə bacanaqdır/Sfera.az

Qeyd edək ki, Aqil Alıyev idarə etdiyi "Hyundai" markalı avtomobil Bakı-Qazax-Gürcüstan avtomagistralında idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində vəfat edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}