16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
ÜST koronavirus pandemiyası ilə bağlı qərar verəcək
Tarix: 26-01-2023 17:02 | Bölmə: Cəmiyyət
ÜST koronavirus pandemiyası ilə bağlı qərar verəcək

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün yanvarın 27-də toplanacaq.

Reyting.az
xəbər verir ki, bu, təşkilatın COVID-19-la bağlı Fövqəladə Komitəsinin 14-cü iclası olacaq.

Bildirilib ki, indiyədək dünyada 664 milyondan çox koronavirusa yoluxma halı və 6,7 milyondan çox isə ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, COVID-19-a ilk dəfə 2019-cu ildə Çində rast gəlinib. Xəstəlik sürətlə dünya ölkələrinə yayılıb və 2020-ci ildə pandemiya elan olunub.




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}