Ukrayna Türkiyədəki partlayışa görə Rusiyadan şübhələnir - Foto
Tarix: 08-08-2023 11:15 | Bölmə: Dünya
Ukrayna Türkiyədəki partlayışa görə Rusiyadan şübhələnir

“Avqustun 7-də Türkiyə limanında baş vermiş partlayışda Rusiya Federasiyasının əli ola biləcəyini araşdırmaq lazımdır”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.

“Əlbəttə, bütün məlumatları yoxlamaq vacibdir. Amma təbii ki, Putin Rusiyasının bu hadisələrdə iştirakını öyrənmək və araşdırmaq lazımdır. Vəziyyət çox qəribə görünür - taxıl dəhlizi və mövzusu məsələsində aktiv olan Türkiyənin limanında partlayışın olması təsadüf kimi görünmür. Həm də bu hadisə Putinin taxıl dəhlizinin müzakirəsinin planlaşdırıldığı və Ankaraya mümkün səfəri ərəfəsində baş verir”, - Ukrayna kəşfiyyatçısı qeyd edib.

Yusov deyib ki, Türkiyə hakimiyyəti fəal şəkildə “taxıl təşəbbüsü”nün davam etdirilməsinə tərəfdardır və belə bir vaxtda partlayış baş verir. “Təsadüf? Mən belə düşünmürəm”, - Yusov əlavə edib.

Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin Derincə limanı ərazisində güclü partlayış səsi eşidilib. Yerli media onun gəmilərdən birinin boşaldılması zamanı baş verdiyini bildirib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər