20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna PUA-ları Rusiyaya yenidən hücum edib
Tarix: 14-09-2023 00:15 | Bölmə: Dünya
Ukrayna PUA-ları Rusiyaya yenidən hücum edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətinə yenidən pilotsuz təyyarə ilə hücum edib. Reyting.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram-da bildirib.

Onun sözlərinə görə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri Ukraynanın Uneçski rayonu üzərində hücumun qarşısını alıb.

Qubernator deyib ki, hücumu nəticəsində xəsarət alan və dağıntı olmayıb. Hadisə yerində operativ və təcili xidmətlər işləyir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Almaniyanın pilotsuz uçuş aparatından (PUA) istifadə edərək ilk dəfə Rusiya ərazisinə hücum edib. Hücum sentyabrın 10-da baş verib. Pilotsuz təyyarə Bryansk vilayətinin Novozıbkovski rayonunda vurulub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər