20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyədə terror şübhəsi ilə 32 şəxs saxlanılıb
Tarix: 29-12-2023 15:11 | Bölmə: Dünya
Türkiyədə terror şübhəsi ilə 32 şəxs saxlanılıb

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) və Daxili İşlər Nazirliyinin birgə əməliyyat nəticəsində Türkiyədə sinaqoq və kilsələrə, eləcə də İraq səfirliyinə hücum etməyə hazırlaşan 32 şəxs saxlanılıb. Onlardan üçü İŞİD terror təşkilatının “zabitləridir”.

Reyting.az
xəbər verir ki, əməliyyat zamanı İŞİD üzvləri Abu Yakin El İraki, Micbel El-Şüveyhi, Abu Leys Mohammed Hilaf İbrahim və Abdullah El Cumeyli tutulub. Qalan 29 nəfər isə bu şəxslərlə əlaqələri səbəbindən həbs edilib.

Məlumata görə, İŞİD-in Türkiyə strukturu olan Salman-ı Farisi Batalyonunun (SFT) sözdə kəşfiyyat zabiti Abu Yakin El İraki, Micbel El-Şüveyhi, Abu Leys Mohammed Hilaf İbrahim və Abdullah El Cumeyli sinaqoqlarda və kilsələrdə terror aktları törətmək istəyiblər. Abdullah Əl Cumeyli isə İraq səfirliyinə qarşı hərəkətə keçmək niyyətində olub.

Əməliyyat Türkiyənin 9 ayrı vilayətində səhər saatlarında həyata keçirilib. Əməliyyat nəticəsində təşkilata aid çoxlu sayda rəqəmsal material ələ keçirilib. Saxlanılan şəxslər İŞİD-ə qoşulma prosesləri, Suriya və Türkiyədə İŞİD daxilində fəaliyyətlər, Türkiyədə İŞİD adından fəaliyyət göstərən şəxslər və həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

Əməliyyat nəticəsində İŞİD adından Türkiyəyə qarşı fəaliyyət göstərən Salman-ı Farisi Batalyonunun əməliyyatları pozulub.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib ki, İstanbul da daxil olmaqla 9 əyalətdə keçirilən “Qəhramanlar-37” əməliyyatı uğurlu olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər