18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ukrayna Almaniyadan “Taurus” raketləri almaqda israrlıdır
Tarix: 24-01-2024 10:30 | Bölmə: Dünya
Ukrayna Almaniyadan “Taurus” raketləri almaqda israrlıdır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ümid edir ki, ölkəsi Almaniya hökumətini “Taurus” uzaqmənzilli raketlərinin tədarükünün zəruriliyinə inandıra biləcək.

Reyting.az
xəbər verir ki, bu barədə ukraynalı nazir "Bild" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Almaniya hökuməti ilə danışıqlar davam edir.

Kuleba deyib ki, hər şey siyasi şəraitdən, cəbhənin faktiki ehtiyaclarından və tələblərindən asılıdır.

Nazir təkrar edib ki, Ukrayna bu uzaqmənzilli raketlərdən Rusiya ərazisinə hücum üçün istifadə etməyəcək:

“Taurus” raketləri bizə cəbhənin arxasındakı Rusiya hərbi infrastrukturunu məhv etmək üçün lazımdır”.

Qeyd edək ki, Almaniya hökuməti ilin əvvəlində Ukraynanı bu silahlarla təmin etməyə hələ hazır olmadığına eyham vurmuşdu.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}