İsrail Livan ərazisini bombalayıb, ölənlər var
Tarix: 26-02-2024 18:16 | Bölmə: Dünya
İsrail Livan ərazisini bombalayıb, ölənlər var

İsrail Livan ərazisinə iki hava zərbəsi endirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” Livanın təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində ən azı 2 nəfər həlak olub, daha üç nəfər yaralanıb.

Qeyd olunur ki, zərbələr Bekaa vadisində Baalbek yaxınlığında yerləşən Budai şəhərinə endirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}